21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda "İKT ili" elan edilən 2013-cü il ilk "Azerspace" telekommunikasiya peykinin buraxılışı ilə əlamətdardır. Bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, peyk artıq Kuru kosmodromuna çatdırılıb, onun buraxılışı isə fevralın 7-nə planlaşdırılıb.
Bu il start götürəcək və üçillik dövrü əhatə edəcək ikinci əsas plan Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyələşdirəcəyi genişzolaqlı internetin inkişafı layihəsi olacaq. Layihənin əsas hədəfi genişzolaqlı qoşulmalar üzrə göstəricilərin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasıdır.
Habelə 2013-cü il rəqəmsal yayım formatına keçidlə də yadda qalır. Nazirin sözlərinə görə, ilin sonunadək analoq yayım dayandırılacaq.
Abbasovun dediyi kimi, nazirliyin planlarına "tək pəncərə" prinsipi üzrə elektron hökumət portalının işinin təmin edilməsi daxildir. "ASAN xidmət" mərkəzi ilə birlikdə vətəndaşlara göstərilən xidmətlər daha da genişləndiriləcək.
Abbasovun sözlərinə görə, habelə 2012-ci ildə regional innovasiya zonaları və parklarının yaradılmasına dair qəbul edilmiş qərarlar 2013-cü ildə də inkişaf etdiriləcək. /Trend/