21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Sloveniya Respublikasının Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Sloveniya biznes-forumu çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə “Dəyirmi masa” təşkil olunub.
Tədbirdə iki  ölkənin dövlət qurumlarının nümayəndələri, Azərbaycanın  “Delta Telecom", Ultra, “Azercell”, “Catel” və s. şirkətlərinin, Sloveniyanın İskratel, İnfotehna, Hermes, Letehnika,Softnet, Globtel şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İştirakçılar iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd ediblər, xüsusən də bu istiqamətdəAzərbaycan və Sloveniya arasında İKT sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişin əhəmiyyəti xüsusi vurğulanıb.
Dəyirmi maza zamanı Azərbaycanda İKT sektorda aparılmış islahatlar, transmilli layihələr barədə ətraflı məlumat verilib, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlər, eləcə də “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsi barədə danışılıb.
Tədbirdə şirkətlərin təqdimatları keçirilib, İKT sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və yeniliklər barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.