21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yeni nəsil displeylər həm 2D, həm də 3D rejimlərdə işləyəcək
Yaponiyada ekrana nisbətən müəyyən təsvir bucağından baxılması tələb olunmayan dünyada ilk irihəcmli 3D-videopanel nümayiş etdirilib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmənin tərtibatçısı AUO (AU Optronic) şirkəti müvafiq texnologiyanı 15,6 düymlü noutbuk və 10 düymlü planşet kompüterlər üçün ekranların istehsalında tətbiq etməyi planlaşdırır.
Panellər istifadəçinin göz almasının duruş vəziyyətinin izlənilməsi funksiyası ilə təchiz olunub ki, belə vəziyyətdə sistem baxışın istiqamətini müəyyən edə biləcək. Yeni nəsil displeylər həm 2D, həm də 3D rejimlərdə işləyəcək. Bu zaman rejimlərarası keçid istifadəçi tərəfindən asan həyata keçiriləcək.
Şirkətin proqnozlarına əsasən, bu texnologiya ilə təchiz edilmiş qurğular 2011-ci ilin ikinci rübündə kütləvi istehsala buraxıla bilər.
Xatırladaq ki, bundan əvvəl “Rockchip” şirkəti xüsusi eynək tələb etməyən 3D-ekranla təchiz edilmiş planşet kompüterin işlək prototipini təqdim edib. 2D və 3D rejimlərdə eyni zamanda işləmək imkanına malik “Supernova X1” qurğusunda rejimlərarası keçid funksiyası da mövcuddur. Kontentə baxmaq üçün eynək tələb olunmayan 3D-televizor “Toshiba” şirkəti tərəfindən nümayiş etdirilib.