21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın “Azercell” və “Bakcell” mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilməsinə müfaviq sənədlərin təqdim olunmasından sonra baxılacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, bu şirkətlər lisenziyanın alınması üçün lazım olan sənədləri müvafiq qaydada təqdim etmədiyindən, onlara lisenziya ayrılmayıb.
Azərbaycan Nazirlər Kabineti «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər»ə edilən əlavələrə əsasən, üçüncü nəsil mobil rabitə xidmətləri sahəsində fəaliyyətə lisenziya almaq üçün iddiaçı şəbəkənin istismara verilməsi mərhələləri, şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası, təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi, 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat və «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyini təqdim etməlidir. Lisenziyanın müəyyən edilmiş dəyəri 11 min manatdır.
Qeyd edək ki, tələb olunan sənədlərin əsas hissələrindən biri müvafiq radiotezliklərin mövcudluğudur. WIMAX texnologiyası fiksə olunmuş rejimdə (standart 802.16d) 1,5-11 Ghz diapazonunda, mobil rejimdə (standart 802.16e) 2-6 Ghz diapazonunda işləyir, 3G texnologiyaları isə 2 Ghz diapazonunda işləyir.