21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
IDC şirkətinin analitiklərinin fikrincə, personal kompüterlərə olan tələbatın azalmasını yeni bazarlarda geniş təqdim olunan planşet kompüterlərin satış həcminin artması ilə izah etmək olar. “Gartner” analitik şirkətinin mütəxəssisləri də ötən ilin sonuncu rübündə personal kompüterlərin satış həcminin enməsini qeydə aldıqlarını bildiriblər. IDC-də qeyd edirlər ki, ev personal kompüterlərinin dünya bazarı tədricən daha çox internet-funksionalla təchiz olunan planşet, oyun qurğuları, eləcə də mövcud portativ qurğuları əvəz etmək imkanına malik smartfonların populyarlığının getdikcə artması nəticəsində təsir altında ola bilər.
Bununla yanaşı, IDC analitikləri bildirirlər ki, əgər planşetlər kompüter kateqoriyasına aid edilsə, bu zaman kəmiyyət baxımdan dünya üzrə kompüterlərin satış həcmi 2010-cu ildə 19 faiz artmış olur.
Şirkət müəyyən edib ki, ötən ildə istehsalçılar bazara 17 milyona yaxın planşet çıxarıblar ki, bunların əksəriyyətini “Apple iPad” təşkil edib. IDC-nin hesablama metodikasına əsasən, 2010-cu ilin dördüncü rübündə dünya üzrə kompüter təchizatı 2009-cu ilin həmin vaxtı ilə müqayisədə proqnozlaşdırılmış 5,5 faiz əvəzinə cəmi 2,7 faiz artıb.
“Gartner”də isə qeyd edirlər ki, onların hesablamalarına görə, satış həcmi gözlənilən 4,8 faiz əvəzinə 3,1 faiz artıb. Cəmi 2010-cu ilin son üç ayı ərzində bazara 90-93 milyon kompüter çıxarılıb. Cari ildə analitiklər 346-351 milyon kompüterin satılacağını proqnozlaşdırır.