21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bəzi insanlar, bir gün öldükdən sonra rəqəmsal hesablarının necə olacağını düşünürlər. Buna görə çox düşünmək əslində narahat verici bir vəziyyətdir. Lakin rəqəmsal dövrdə yaşamaq bunu düşünməyi tələb edərkən, yeni bir sual da yaradır: Həyatınız sona çatdıqda online hesablarınız və rəqəmsal məlumatlarınızın taleyi necə olacaq? Drake Martinet-in məqaləsinə görə; LifeEnsured adlı xidmət, insanların bu kimi problemlərini həll etməkdən ötrü yaradılıb. Bu xidmət insanların, hesablarını silməsi və ya köçürülməsi üçün hazırlıq görmələrinə imkan verir; son e-mailləri göndərir, faylları köçürür və virtual ölümlə bağlı hər şeyi edir. Xidmət sayəsində hətta Facebook hesablarını silməzdən əvvəl, istifadəçilər statuslarına ‘son mesaj'larını əlavə edə bilir, divar yazılarına müraciəti bağlayır, bioqrafiyasını dəyişdirə bilir və sahib olduqları hesabı transfer edə bilirlər. Bundan əlavə, LifeEnsured üzvləri Twitter, PayPal, WordPress və Dropbox kimi 30-dan çox online xidmətlərlə bağlı hərəkətləri reallaşdıra bilirlər. Deməli sistem belə işləyir: LifeEnsured saytına daxil olursunuz və özünüz üçün yeni hesab açırsınız. Həyatınız sona çatdıqdan sonra paylaşmaq istədiyiniz fayllarınızı yükləyirsiniz və istəsəniz bəzi şərhlərdə əlavə edə bilərsiniz. Uzun müddət hesabınıza daxil olmasanız sistem avtomatik olaraq sizin öldüyünüzü güman edəcək. Və bundan sonra vəsiyyətiniz yerinə yetiriləcək. Yəni son e-maillər göndəriləcək, bütün hesablarınız bağlanacaq və s. //Fakto.info