21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rusiya internet sahəsində fəaliyyəti tənzimləyəcək BMT səviyyəsində vahid beynəlxalq sənədin qəbul olunmasına çağırır. Bu cür bəyanatla RF Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Mixail Qrişakov çıxış edib.
Hazırda internet məkanı müxtəlif növ dələduzluq, əxlaqsızlıq, o cümlədən uşaq pornoqrafik resursların yayılması üçün istifadə olunur. Bundan əlavə Şəbəkədə dövlət sirli və virus proqramlarını yayan məlumatlar yerləşdirilir, Utro yazır. 
“Beynəlxalq səviyyədə internetdə cinayətkarlığın nə olduğunu əks etdirən bir anlayış mövcud deyil. Bununla bağlı BMT səviyyəsində vahid sənəd qəbul etmək lazımdır. Rusiya artıq bu cür təşəbbüs irəli sürüb və müvafiq tənzimləyici sənədin qəbul olunmasına çağırır”, - deyə M.Qrişakov qeyd edib. 
Qeyd edək ki, eyni zamanda Avropa İttifaqı Facebook, MySpace və Google daxil olmaqla sosial şəbəkələrə xidmət göstərən 17 provayder-şirkəti ilə uşaqların, onların yaş həddinə uyğun olmayan kontentdən qorunması istiqamətində saziş imzalayıb, Qazeta.ru xəbər verir. 
Sazişə əsasən, provayderlər “pozulmalar haqqında xəbər ver” funksiyasını yerləşdirməklə “təhlükəni azaltmalıdırlar”. Həmçinin həmin sənəddə həddi-buluğa çatmamış istifadəçilərin məlumatlar səhifələrinin və əlaqələr siyahılarının yüksək təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulur. 
Avropa İttifaqının nümayəndəsinin sözlərinə görə, hazırda Aİ ölkələrində 42 milyona yaxın insan sosial şəbəkələrin istifadəçisidir. /www.mincom.gov.az/