21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hər zaman öz yenilikləri ilə istifadəçilərini sevindirən kataloq.net növbəti yeniliklərini təqdim edib. İlk yenilik saytdakı dizayn dəyişikliyi ilə bağlıdır.Dizayn dəyişikliyi cüzi xarakter daşısa da sayt nümayəndləri bunu sadəcə dəyişiklik etmək üçün etdiklərini bildiriblər.

Digər bir yenilik isə nəhəng Ümumdünya İnformasiya Sistemi olan Kompas International standartları üzrə buraxılan KOMPASS AZERBAIJAN və Azərbaycanını Elektron Kataloqu olan Kataloq.NET resurslarını birləşdirilməsidir.

Belə ki,Kataloq.NET-də KOMPASS AZERBAIJAN kataloqundakı 6 500-dən çox müəssisələr haqında məlumatları artıq rahatca, vərəqləri səhifələmədən internet istifadəçiləri üçün standart formada axtara bilmək imkanı yaradılıb. Bunun üçün sadəcə Kataloq.NET saytında KOMPASS bölməsini seçib axtardığınız müəssisənin adını yazıb axtarış etmək kifayətdir.
Qeyd edək ki, Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir. Bu istiqamətdə atılan ilk addım, Azərbaycanın Digital Kataloqunun yaradılmasıdır.