Bu həqiqətdir ki, müxtəlif sosial media platformalarının arxasında duran texnologiyalar bəşəriyyət tarixində insanlar arasında mövcud olan böyük məsafələri yaxınlaşdırıb və ucuzlaşdırıb.
Mayk Berri, beynəlxalq səviyyədə tanınmış rəqəmsal marketinq üzrə 
təlimçi, spiker, məruzəçi və kitab yazarıdır. O 2013-cü il Yanvar ayının
 18-i, Cümə günü . Bakıda öz məruzəsi ilə çıxış edib
www.bakudigitalmarketingshow.com
1) 
Müxtəlif xalqların müxtəlif mədəniyyətləri, müxtəlif vərdişləri və
 satış motivləri var. Lakin bu rəqəmsallaşma erasında, bu mədəni 
toqquşmalar hələ də mümkündür? 
Fikirləşirəm ki, hətta bu rəqəmsal erada da, insanlar hələ də insan 
olaraq qalırlar və məmnunluqla bildirirəm ki, hələ də müxtəlif 
mədəniyyətlər və müxtəlif ölkələr arasında həqiqi fərqlər mövcuddur. 
Məhz mənə işimi sevdirən səbəblərdən biri də budur. Mən bütün dünyaya 
səyahət edir, hər mədəniyyətdən və hər ölkədən marketoloqlarla 
görüşürəm, müxtəlif məkanlardan uğur hekayələrini müqayisə edirəm.
Bu həqiqətdir ki, müxtəlif sosial media platformalarının arxasında duran
 texnologiyalar bəşəriyyət tarixində insanlar arasında mövcud olan böyük
 məsafələri yaxınlaşdırıb və ucuzlaşdırıb. Məmnunluqla bildirirəm ki, 
Azərbaycanda yaşayan insanlar Qərbi Avropada yaşayan insanlardan hələ də
 bir qədər fərqlənirlər və Avropalılar də Asiyalılardan və 
Amerikalılardan fərqlənirlər. İnanıram ki, bu normaldır və şəxsən mən 
müxtəlif ölkələrdən insanlarla görüşüb, onlarla dostluq etməyi sevirəm. 
Xüsusilə, indi, mən harda olmağımdan asılı olmayaraq, sosial medianın 
köməyi ilə onlarla əlaqə saxlaya bilirəm. Mən inanıram ki, çoxmillətli 
marketoloqlar hələ də «Qobal səviyyədə düşünüb, yerli səviyyədə hərəkət 
etmək» prinsipi ilə işləməlidirlər. Çünki, ən böyük beynəlxalq 
brendlərin də yerli marketinq nümayəndələrinə ehtiyacı var.
2) 
Niyə həmişə Rəqəmsal Marketinq və ya İnternet Marketinqi və ya 
Mobil Marketinq deyilir. Marketinq rəqəmsal texnologiyalarla daha çox 
assosiasiya olunur, nəinki Maliyyə, Logistika və ya Satışla?
Bu gün rəqəmsal texnologiyalar demək olar ki, cəmiyyətin bütün 
aspektlərinə təsir edib. Şəxsi həyatımızda və işimizə də. Əlbəttə ki biz
 qərəzliyik, çünki biz marketinq üzrə mütəxəssislərik. İstehsal, 
İstehlak, İnsan Qaynaqları, Satış, Distribüsiya və Maliyyə də daxil 
olmaqla, sənaye və kommersiyanın demək olar ki hər bir sahəsində 
rəqəmsal texnologiyalarının səbəb olduğu böyük dəyişikliklər nəzərə 
çarpır. Lakin marketoloq kimi, biz təbii olaraq diqqətimizi Rəqəmsal 
marketinqdə, İnternet Marketinqində, Mobil marketinqdə və s. cəmləyirik.
 Bu narahatçılıq üçün kifayətdir!
3) 
Artıq bütün bizneslər tədricən internetlə həyata keçirilməyə 
başlayır. Odur ki çoxlu start-up və sahibkarlıq sahələri mövcuddur. 
Logistika heç nədir, xərci çox azdır, digər tərəfdən isə rəqabət 
güclüdür. Bu vəziyyətdə hansı risklər mövcuddur? 
Əgər yaxşı nəticə gözləyirsənsə, biznes daim risklidir; təbii ki, 
internetdə biznesə başlamaq, real biznesdən daha ucuz başa gəlir. Lakin 
bu həm də o deməkdir ki, rəqabətin güclü olması ehtimalı böyükdür. Bu 
gün hələ də müvafiq hədəf auditoriyalarına cəlbedici qiymətlərlə yaxşı 
məhsul təklif eləmək əhəmiyyətlidir. Daha sonra effektiv marketinq və 
reklam vasitələrindən istifadə edərək bu məhsulu tanıtdırmalısan 
etməlisən. Rəqəmsal erada da bu vəziyyət dəyişməz olaraq qalıb. Mən 
inanmıram ki, ənənəvi (offlayn) biznes tezliklə öləcək, odur ki gəlin 
TV-nin, mətbuatın, posterlərin, kinonun, radionun əhəmiyyətini 
azaltmayaq. Gələcəkdə bütün işlər bir-birilə ahəng təşkil edəcək, lakin 
bu o demək deyil ki, işimiz asanlaşacaq!
4) 
Biz əvvəllər BBC, CNN, Bloomberg, Yahoo və s. kimi vasitələri əsas
 yaradıcılar, aqqreqator və əsasən məzmunların sahibləri kimi görürdük. 
Bu gün isə, istifadəçilərin işləyib- hazırladığı məzmunlar sosial 
medianın köməyi ilə daha sürətlə və geniş şəkildə yayılır. Belə çıxır 
ki, rəqəmsallaşma həmçinin media anlayışını da şəkilləndirir?
Bu bizi dəbdə olan Məzmun Marketinqi sahəsinə gətirib çıxarır. Bu 
konsepsiyanın məğzi odur ki, düzgün məzmun işləyib hazırlasan, qalan hər
 şey öz yolunda gedəcək: yüksək axtarış sıralamasına malik olacaqsan, 
internet səhifəndə daha çox «giriş» traffiki nəzərə çarpacaq və sən öz 
məzmununu paylaşa biləcəksən. Bu isə öz növbəsində insanların sənin 
brendinlə daha çox əlaqəyə girməsinə və çox güman ki daha çox satışlara 
səbəb olacaq.
Lakin şəxsən mən düşünmürəm ki, «Məzmun marketinqi tamamilə yeni bir 
sahədir; hal-hazırda bu dəbli bir söz, dəbli bir kəlmə olsa da, qəzetlər
 çap olunan gündən bəri, hər bir redaktor şübhəsiz bilir ki, məzmun ən 
mühüm nüansdır; sən materiallarını satmaq və oxucu qazanmaq üçünü » ən 
eksklüziv hekayələr yazmalısan. Bu həqiqətdir ki, bu gün dünyanın bütün 
yerlərində ödənişli qəzetlər mübarizə aparır. Yüksək səviyyəli, 
orijinal, cəlbedici məzmun yazan insanlara bu gün də çox ehtiyac var. 
Əsas məsələ isə, təbii ki rəqəmsal aləmdə bunu qanuniləşdirməkdir. Bu 
gün, məzmun yaradıcısı və ya məzmun kuratoru olmaq istəyən hər kəs üçün 
maneələr nisbətən azdır: bloqqerlər və məzmun aqqreqatorları işi 
qurmaqda daha az xərc çəkirlər, lakin rəqabət güclü olduğu üçün, traffik
 və abunəçi əldə eləmək çox çətindir. Bir şey dəqiqdir ki, Məzmun hələ 
də lider olaraq qalır! BBC, CNN və digərləri bunu hamıdan yaxşı bilir.
5) 
Bilirik ki, mobil cihazlar daşıdığımız və əlaqədə olduğumuz ən 
interaktiv media kanalıdır. Mobil marketinqin rəqəmsal marketinqdə rolu 
nədir?
Biz, bütün onlayn fəaliyyətin yarıdan çoxunun mobil cihaz ilə həyata keçiriləcəyi ana çox yaxınıq.
www.forbes.com/sites/ericsavitz/2012/10/23/gartner-top-10-strategic-technology-trends-for-2013/
O zaman biz həqiqətən deyə bilərik ki, mobil rəqəmsaldır, rəqəmsal isə 
mobildir. Başqa sözlə desək, bu gün mobil sahə o qədər uğur qazanıb ki, 
ayrı bir ayrı bir qaydaları olmaqdan çıxıb və əslində rəqəmsal sahə ilə 
birləşib! Həmçinin, mobil cihazlar, çatıdırlma mexanizmi, rəqəmsal 
platformalara çatmağın yolu kimi sadəcə bir texnologiyadır. Sadəcə 
olaraq kompüterlərin daha kiçik şəklidir; buna öyrəşin artıq!
Həqiqətən də, ümumiyyətlə «mobil» nə deməkdir? Daşıya biləcəyimiz 
istənilən kompüter? Tabetlərin meydana gəlməsi və smartfonların 
təkmilləşməsi ilə, bizim «stolüstü» şəxsi kompüter adlandırdığımız 
cihazlar daha da az istifadə olunmağa başlayacaq. Mənə aydındır ki, 
tezliklə biz (demək olar ki) ya hamımız smartfondan və ya Microsoft 
Surface və ya Apple və Samsunqun istehsal etdiyi hər hansı yeni nəsil 
hibrid notbuklardan və tabletlərdən istifadə edəcəyik. Mən həqiqətən 
gözləmirəm ki biz, marketoloqlar olaraq «mobil» sahədən ayrı bir hissə 
kimi uzun müddət danışa biləcəyik. Lakin bu sadəcə terminologiyadır; 
əsas məsələ odur ki, bizim internet fəaliyyətimiz bütün cihazlarda 
(digər bir dəbli söz olan «responsiv dizayn» vasitəsilə) «işə yarasın» 
(yəni böyük istifadəçi təcrübəsi gətirsin) və biz, tamamlanmış reallıq 
və məkana bağlı xidmətlər kimi, meydana çıxan texnologiyaların 
üstünlüklərindən tam yararlana bilək. Müvafiq zamanlarda, istənilən 
yerdə, istənilən cihazda istifadəçilərə onların seçiminə müvafiq olaraq 
daha zəngin təcrübə qazandıraq. Bax əsl çətinlik budur. Odur ki, hələ 
çox maraqlı olacaq!