21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan dilində alınma sözlərin çox olması «Mətbuatda istifadə olunan alınma sözlər» izahlı lüğətinin tərtib edilməsi üçün əsas olub.
Lüğətin müəllifi, məşhur telejurnalist Qulu Məhərrəmli Mətbuat Mərkəzində öz əsərini təqdim edib. Müəllifin sözlərinə görə, lüğət Azərbaycan dilinə daxil olmuş 2200-dən çox xarici sözün izahını verir.
«Bu sözlərdən Azərbaycan mətbuatında fəal, bəzən hətta tamamilə yersiz istifadə olunur. Lüğət belə səhvlərdən qaçmaq naminə tərtib edilib. Lüğətdə sözlər vurğularla verilib», deyə Məhərrəmli qeyd edib.
O vurğulayıb ki, iş kollektiv əməyin bəhrəsi olub və lüğətin hazırlanmasında əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
500 nüsxədə tirajla buraxılmış lüğətə rus, ingilis, fransız, alman və digər dillərdən alınan sözlər daxil edilib. Bu sözlər dilimizi tamamlayaraq, daha müxtəlif və daha müasir etsə də, alınma sözlərdir və belə lüğətə ehtiyac var, müəllif belə hesab edir.
Qeyd edək ki, Qulu Məhərrəmli məşhur jurnalist, professor, BDU-nun jurnalistika fakultəsinin müəllimidir. O, həmçinin, televiziya jurnalistidir, uzun müddət AzTV dövlət televiziyasında çalışıb. Hal-hazırda "XƏZƏR" telekanalında fəaliyyətini davam etdirir.