21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bir neçə müddət idi ki, İnternet ictimaiyyəti tariflərin hədsiz baha olmasından narazı idi və bununla mübarizə aparılırdı. Azərbaycan İnternet Forumu da tariflərin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Nazirliyinə dəfələrlə müraciətlər etmişdi. Internet qiymətlərinin kəskin aşağı salınması gözlənilirdi.
Məlumdur ki, bir neçə gün bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov qiymətlərin azı 2 dəfə endiriləcəyini bəyan etmişdi.
Beləliklə, bu gün məlum oldu ki, Bakİnternet və AzTelekom Provayderləri qiymətlər 2,5 dəfə endirmək qərarına gəlib.
Indi Aztelekom və Bakinternet-də 1mbit/s limitsiz İnternetin qiyməti 130 manatdır.
Xatırladaq ki, endirimə qədər Bakinternet-də 1mbit/s İnternet sürəti 250 manat, Aztelekom-da isə 350 manat idi.
Yeni Qiymətlər 2009-cu il fevralın 1-dən qüvvəyə minəcək.
Digər tariflər haqda http://www.bakinter.net və http://www.aztelekom.net saytlarından ətraflı məlumat əldə edə bilərsiniz.