21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcədə özəl şirkətlər tərəfindən Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsinin populyarlığı artır. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər layihənin ilkin mərhələlərində ona olan maraq bir qədər zəif olmuşdursa, hazırda layihə böyük populyarlıq qazanıb.
“Hazırda gün ərzində müəllimlər tərəfindən “Xalq kompüteri” layihəsi çərçivəsində kompüterlərin əldə olunmasına dair 50-yə qədər ərizə daxil olur. Və layihənin pilot mərhələsi üçün nəzərdə tutulmuş bütün kompüterlər artıq alınıb”, - deyə Təhsil Nazirliyində bildiriblər.
Pilot layihəsi çərçivəsində kompüterlər əsasən təhsil işçiləri üçün nəzərdə tutulur. İlkin mərhələdə 500, gələcək 2-3 ay ərzində isə 3000 kompüter nəzərdə tutulmuşdur. Bundan sonrakı 3 il ərzində layihə üçün 100 min kompüter ayrılacaq. Qeyd edək ki, pilot layihəsində artıq komplektləşdirilmiş kompüterlər təqdim olunur.
Gələcək mərhələlərdə kompüterlərin satışı Kür və Ultra kimi yerli kompüter istehsalçıları ilə birgə həyata keçiriləcək. Xatırladaq ki , “Xalq kompüteri” layihəsinin tərəfləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətinin Azərbaycandakı nümayəndəlikləridir.
Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Pilot mərhələsi 4 ay ərzində reallaşdırılacaq. “Xalq kompüteri” çərçivəsində kompüterlərin bazar qiymətindən 25-40% aşağı qiymətlərlə güzəştli şərtlərlə 12 aylıq faizsiz kreditlə təqdim olunması nəzərdə tutulur. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti məşğul olacaq.İlkin mərhələlərdə güzəştli şərtlərlə 4 növdə kompüter və noutbuk (5000 ədəd) təqdim olunacaq. Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır. http://www.abc.az