21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
To the Pew Internet & American Life Project Mərkəzi İnternetin insanların bir-birindən təcrid olunmasına, hətta ailə üzvləri arasında belə əlaqəsizlik yaratmasına səbəb olduğu haqda yaranmış fikirləri təkzib edib.
Sorğuda iştirak edənlərin 53%-i İnternet və şəbəkə əlaqəsinin başqa-başqa yerlərdə yaşayan ailə üzvləri arasında, təxminən 47%-i isə hətta tənha yaşayan insanlarda belə ünsiyyətin keyfiyyətini artırdığını bildirib.
Aparılmış sorğular göstərib ki, İnternet və şəbəkə əlaqəsindən daha çox uşaqlı ailələr istifadə edir. Onlar bir-biriləri ilə ünsiyyət əlaqəsi qurur və hətta görəcəkləri işləri də mobil telefonla koordinasiya edirlər.
Kompüter isə onlara bir yerdə toplaşmağa və əylənməyə imkan yaradır. Sorğuda iştirak edənlərin cəmi 11%-inin qənaətincə, müasir texnologiyalar ailə üzvlərinin bir-birindən təcrid olunmasına gətirib çıxarır. 25%-i ailəsinin möhkəmləndiyini, 60%-i isə heç bir fərq görmədiyini bildirib.
Bununla belə, texnologiyalar insanların daha çox işləməsinə, bir-biriləri ilə isə daha az vaxt keçirmələrinə səbəb olub. ict.az