21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Göyçay rayonunda bütün ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulur.
APA-nın Şirvan bürosunun məlumatına görə son bir ildə rayonun Mallı-Şıxlı, Qaraman, Mırtı, Qarayazı, Alxasafa, Mirzəhüseynli və Qaraxıdır kəndlərində yeni ATS binaları inşa edilib, Göyçay şəhərinin mərkəzi ATS-i, eləcə də “SU 3” qəsəbəsində, Yeniarx, Müskürlü, Çərəkə, Qızılağac, Məlikkənd, Kürdşaban, Ləkçiplaq, Şəkər və Qarabaqqal kəndlərində ATS binaları əsaslı təmir edilib.
Həmin ATS-lərın hamısı NGN texnologiyası əsasında yenidən qurulub. Rayonun mərkəzi ATS-indən bütün kənd ATS-lərinə fiberoptik kabel xəttinin çəkilişi və bloklaşmış nömrələrin fərdiləşdirilməsi işləri başa çatdırılıb.
Hazırda isə mövcud nömrələrin yeni stansiyalara köçürülməsi işləri davam etdirilir. Bundan əlavə hal-hazırda rayonun Mirzəhüseynli, Yeniarx, Müskürlü, Məlikkənd, Kürdşaban kəndlərində yeni elektron ATS-lər quraşdırılır.