21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Hazırda Ədliyyə Nazirliyinin təqdimatı ilə AMEA-nın alimlərdən ibarət komissiyası ölkə vətəndaşlarının adlarının mənasını araşdırır və "işıqfor" adlı mexanizmə əsaslanaraq həmin siyahını Ədliyyə Nazirliyinə təqdim edəcək", - R. Əliquliyev bildirib. 
Onun sözlərinə görə, "işıqfor" prinsipinə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bunların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bunları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Uçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bunların qoyulmasına yol verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlardır. 
İnstitut direktoru bildirib ki, yeni mexanizmin tətbiqinə artıq bu ilin sonuna kimi başlanacaq. 
Əliquliyev :"Yeni qoyulan hər hansı bir ad siyahıda olmasa, həmin adı Ədliyyə Nazirliyi AMEA-nın müvafiq komisssiyasına göndərəcək və həmin komissiyanın rəyi alınandan sonra, adın qoyulmasına icazə veriləcək".   
mənbə : trend.az