21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Qaynar.info-nun baş redaktoru həbs oluna bilər.Bu haqda portalın veb səhifəsində məlumat verilib.Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq.
Xəzər Lənkəran klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqir olunduğunu iddia edərək, Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının və qəribə də olsa, sayt layihəsinin rəhbəri Zahir Əzəmətin Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayətə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında Nərimanov Rayon məhkəməsinə müraciət edib.Bu haqda portalın veb səhifəsində məlumat verilib.M Hazırlıq iclası iyulun 9-na saat 15-00-a təyin edilib.
Qeyd edək ki, Fanat.az saytının təsisçisi və baş redaktoru tamam başqa adamdır və bu, saytın altında qeyd edilib. Layihə rəhbəri isə tamam fərqli anlayışdır. Bildirək ki, Fanat.az-ın əsası doğrudan da 2 il öncə Qaynar.info-nun bir qolu kimi qoyulub. O zaman Sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt təqribən bir il öncə başqa komandaya satıldı. O vaxtdan sayt yeni təsisçi və baş redaktorun rəhbərliyi altında Fanat.az domeni ilə tam müstəqil fəaliyyət göstərir. Bu barədə mətbuatda, həmçinin Xəzər Lənkəranın da o zaman reklam verdiyi Komanda idman qəzetində məlumat verilib.
Ancaq Fanat.az rəhbərliyi ilə qarşılıqlı anlaşmaya görə, biz Qaynar.info-da əvəllər olduğu kimi, saytın xəbərlərinə keçid verməkdə, onlar isə Layihənin əsasını qoyan Zahir Əzəmətin adını layihə müəllifi kimi qeyd etməkdə davam edirlər. Bütün bunları bilə-bilə, orda dərc edilən yazı və xəbərlərə heç bir bağlılığı olmayan Qaynar.info-nun baş redaktorunun həbsi tələbinin irəli sürülməsi, fikrimizcə, sifarişli addımdır.
Qaynar.info Azərbaycanın azasaylı azad media təmsilçilərindən biridir. Fikrimizcə, bu məhkəmə iddiası portalı boğmaq, işini əngəlləmək üçün atılan bir addımdır. Qaynar.info rəhbərliyi bunu siyasi hakimiyyətin, xüsusən həm də Azərbaycan futbolunu qara caynaqlarına keçirən neft mafiyasının sifarişi ola biləcəyini istisna etmir. Ümid edirik ki, azad mətbuat bizdən dəstəyini əsirgəməyəcək.” “Qaynar.info”