21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Şübhəsiz, internet məkanı gender münasibətlərinin ənənəvi sxemlərinə təsir edir.
Sosioloqların fikrincə, qlobal şəbəkədə gender stereotipləri aşağıdakı kimi ifadə olunur: qadınlar özlərini kişilərin xəyallarında yaratdıqları “ideal qadın” obrazına uyğun, kişilər isə öz növbəsində qadınların bəyəndikləri, özlərinin mənafeyinə uyğun bir tərzdə təqdim etməyə çalışırlar. Beləliklə də, internet məkanında reallıqdan çox uzaq, fantastik “avatar” obrazlar yaranır.
Qeyd edək ki, virtual həyata xüsusilə, cəmiyyətdə özlərini təsdiqləməkdə çətinlik çəkən, insanlarla ünsiyyət qurmağı bacarmayan, müəyyən psixoloji gərginliklər yaşayan, heç kimə lazım olmadıqlarını düşünən insanlar üstünlük verirlər. Psixoloqlar bu faktları nəzərə alıb, əksinə, internet məkanında tanışlığın psixoloji cəhətdən insanlara müəyyən dərəcədə müsbət təsir etdiyini söyləyirlər.
Onlar öz xəstələrinə depressiyaya düşdükdə, sosial şəbəkələrdə çoxlu sayda “dost” seçməyi məsləhət görürlər. Belə ki, şəbəkədaxili “dost” ünsiyyəti insanlara ilkin mərhələdə kömək edir, onlarda özlərinə inam və hörmət hissini aşılayır.
Lakin mütəxəssislər müəyyən vaxtdan sonra “kəmiyyətdən keyfiyyətə keçməyi” məsləhət görür və virtual həyatın ilk baxışdan cəzbedici görünən xüsusiyyətlərinə aludə olmamağa çağırırlar. Belə ki, anonimlik illüziyası və sosial şəbəkənin deniş auditoriyası arasından seçim etmək, bəzən insanların bu prosesə rasional yanaşmasına mane olur.
Ümumiyyətlə, qlobal şəbəkədə ciddi olaraq, məhəbbət axtarışına çıxanların çoxunun ümidləri adətən, boşa çıxır. Qeyd etmək istərdik ki, internet məkanı daha çox həmfikir axtarışına uyğundur. //rabite.az