21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Weekly World News əksər hallarda şayiə və qəribə, şok xəbərlər dərc edən qəzet kimi tanınırdı. 1979-cu ildə yaradılmış bu qəzet 2007-ci ilədək sırf sarı tabloid formatında olub və əsasın ABŞ-dakı supermarketlərdə satılıb.
Qəzetin sevimli mövzuları yarı insan, yarı yarasa adamlar, yadplanetlilərlə görüşlər, ölümündən sonra dirilmiş Elvis Presli ilə müsahibələr, habelə ABŞ-ın banilərinin homoseksuallığı barədə araşdırmalar idi.
Son illərdə cəmi 80 min tirajla satılan qəzet bağlanandan sonra onun internetdə saytı qalıb.
Saytı Bat.Boy.LLC şirkəti maliyyələşdirir.
Facebookun bağlanması barədə yayılmış xəbər ironiya doğurub. Amerikalıların dediklərinə görə, Maykl Ceksonun dirilməsi və ya Arnold Şvartsneggerin rep oxumağa başlaması ehtimalı Facebookun bağlanması təxminindən daha realdır.
Xatırladaq ki, birja kapitallaşma dəyəri artıq 33,6 milyard dollara yaxınlaşmış Facebook bu yaxınlarda səhmlərini satışa çıxarmağa hazırlaşır.
Üstəlik, Mark Sukerberq istəsə belə, Facebookun fəaliyyətini dayandıra bilməz, çünki o, sosial şəbəkənin səhmlərinin sadəcə, 24 faizinə malikdir.
Səhmlərin 76 faizi isə müxtəlif şirkətlər və şəxslərdədir.
Və ən nəhayət, Weekly World News in isterik çalarlı xəbərinə ABŞ ilə yanaşı, dünyanın nüfuzlu mass-media strukturlarının əsla diqqət verməmələri də vəziyyətin nə yerdə olduğunu göstərir.
Ona görə Facebook istifadəçiləri narahat olmasın.
İnternetdəki ən böyük sosial şəbəkə bağlanan deyil.///milli.az