21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu yeniliyin xeyrini ən çox iş adamları hiss edəcək
Gələn ildən Azərbaycanda ilk dəfə olaraq, elektron imzaların tətbiqinə başlanacaq. Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2 sertifikat mərkəzi yaradılacaq.
Lent.az-ın məlumatına gərə, elektron imza alan hər bir şəxsə 2 açar veriləcək. Açıq açar imzanı yoxlamaq üçündür və açıq kataloqlarda yerləşdirilir. Gizli açar isə şəxs tərəfindən gizli saxlanılır və imzalamaq üçündür. Onu da deyək ki, elektron imza mürəkkəb rəqəmlər toplusundan ibarət şifrədir və elektron sənədlərin imzalanmasında istifadə olunacaq. 
Xatırladaq ki. mövcud qanunlara görə, elektron imza əl imzası ilə eyni hüquqi statusa malikdir. Yəni əl imzasından harada istifadə olunursa, eyni hüquqla elektron imzadan da istifadə ediləcək. Mütəxəssislərin sözlərinə görə, elektron imzadan istifadə birinci növbədə vaxt itkisinin qarşısını alacaq. 
Ekspertlər bildirirlər ki, bu qaydalar geniş şəkildə tətbiq olunsa, elektron imzanın xeyrini ən çox iş adamları hiss edəcək. Bu isə həm vaxt itkisinin, həm də əlavə xərclərin qarşısını alacaq. Belə ki, indi sahibkarlar xarici ölkələrlə müqavilə bağlayarkən imza atmaq üçün xaricə getməli olurlarsa, elektron imza işə düşəndən sonra buna ehtiyac qalmayacaq. 
Bundan başqa, xarici və yerli iş adamları arasında birbaşa əlaqələrin yaranması vasitəçilərə çəkilən xərci də aradan qaldıracaq. Amma elektron imzanın özü də pulsuz olmayacaq. Bunun üçün ildə 40-80 manat ödəmək lazım gələcək. Yəni, elektron məktubları imzalamaqla, bank ödənişləri etmək və ya alqı-satqı aparmağın qiyməti fərqli olacaq.