21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə yeni sayt istifadəyə verilib.
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən “rusum.az” portalında bütün xidmətlər üzrə dövlət tarifləri və digər məlumatlar yerləşdirilib.
Portalın yaradılmasından məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Saytda vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumat veriləcəkdir.
Bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyi olan saytda bundan əlavə, daha çox istifadə olunan sahələrdə müxtəlif kalkulyatorlar da təqdim edilmişdir. Vətəndaşlar səhifədəki vergi, pensiya, nəqliyyat vasitələri üçün texniki baxış və gömrük tarifləri kalkulyatorlarından istifadə etməklə, qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər.
Saytda vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanları, telefonlar və elektron poçt ünvanları da əlavə olunub.
Səhifədə dövlət qurumlarının “qaynar xət”ləri, şəxsiyyət vəsiqəsinin alınması qaydası, kommunal xidmətlərin tarifləri və digər sahələrlə bağlı ətraflı məlumatlar yerləşdirilib.