21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel televiziyaları ilə bağlı qaydalar hazırlayır. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, qaydalar Şuranın gələn həftə keçiriləcək iclasında qəbul olunacaq: “İndiyədək kabel televiziyaları ilə bağlı ümumi mexanizmlər olsa da, normativ sənədlər yox idi. Qəbul ediləcək qaydalar kabel televiziyalarının fəaliyyətini tənzimləyəcək”.
N. Məhərrəmlinin sözlərinə görə, hazırda Azərbaycanda 11 kabel televiziyasına lisenziya verilsə də, onlardan yalnız 5-nin fəaliyyəti hiss olunur. Qalan kabel televiziyalarının əhatə dairəsi isə çox cüzidir. Şura sədri deyib ki, “Kabel televiziyası haqqında” qanun üzərində işlər gedir, qanunun ilkin variantı hazırlanır. N. Məhərrəmlinin sözlərinə görə, Şura kabel televiziyaları üzərində nəzarəti xüsusi hallarda həyata keçirir:
“Bilirsiniz ki, kabel televiziyaları xarici kanalları ancaq retranslyasiya edir. Elə xarici kanal var ki, Azərbaycanla bağlı xüsusi siyasət həyata keçirə bilər. Gələcəkdə təbii ki, o kanalların yayımına Azərbaycanda icazə verə bilmərik. Mövcud qanunvericiliyə görə, Azərbaycanda kabel şəbəkəsi öz proqramlarını MTRŞ ilə razılaşdırmalıdır. Onlar əvvəlcədən hansı kanalları yayımlamaq istəyirlərsə, bizə məlumat verirlər. Biz həmin kanallara razılıq verəndən sonra onlar həmin kanalı yayımlayırlar”.