21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yaponların bu yeni kəşfi arıqlamaq istəyənlərin köməyinə gələcək
Qurmanlar, şirniyyat aludəçiləri və bu sıradan olan adamlar üçün Yaponiyada yeni mobil telefon istehsal edilib. Telefonun əsas və qeyri-adi vəzifəsi adamların özlərinin artıq çəkilərinə nəzarətdir. NTT Communication şirkətinin istehsalı olan bu aparat bir anda , həm də səhv etmədən sizin boşqabınızdakı yeməyin neçə kalori tutumda olduğunu təyin edə bilər. Bunun üçün sadəcə onun şəklini telefonun kamerası çəkmək yetər. Telefon yaddaşındakı hərtərəfli məlumat bazasına, o cümlədən, 100 mindən çox müxtəlif kulinariya məhsulları haqqda informasiyaya dayanaraq, anındaca qidanın kaloriliyini aşkarlaya bilir.
Dünyada ilk telefon-“diyetoloq” tezliklə satışa çıxarılacaq. Onun təkminləşdirilməsi də davam etdiriləcək. Yaponların bu qeyri-adi kəşfi öz istifadəçilərinə daha məqsədəuyğun menyu təklif edə, həmçinin artıq çəkidən qurtulmaq üçün məsləhətlər verə bilər. NTT Communication şirkətində bu fikirdədirlər ki, yeni kəşf yaponları daha şux və şən göstərəcək. Gündoğan ölkənin sakinlərinə təbiət yaxşı bədən quruluşu verib. Lakin son zamanlar təbiətin bu bəxşişi Qərb mətbəxinin təsiri altında məhv olmaqdadır.
mənbə: www.itv.az