21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell”, telekommunikasiya korporasiyası olan “Alcatel-Lucent” və tədris sahəsində fəaliyyət göstərən “Junior Achievement” şirkətləri Azərbaycan mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim edib.
“Bakcell”dən verilən məlumata görə, www.imtb.mobi portalı vasitəsilə “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak edən tələbələr məsafəli tədris istifadə etmək imkanı əldə edəcək. Proqramda iştirak edəcək tələbələrin seçimi və qiymətləndirməsi ilə yanaşı, İMTB portalı vasitəsilə işə hazırlıq və biznes etika üzrə interaktiv təlimlər həyata keçiriləcək, mobil şəbəkənin fəaliyyəti və mobil telekommunikasiya sənayesində informasiya texnologiyalarının istifadəsi tədqiq olunacaq, bu sahədə baş verən innovasiyalar, WiMAX, LTE və 4G texnologiyaların perspektivləri təhlil ediləcək.
“Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı “Bakcell”in maliyyə dəstəyi və “Alcatel-Lucent” Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabrında başlanıb. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes etika üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri “Bakcell” və “Alcatel-Lucent” şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcək.