21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakıda, iyun ayının 24-də informasiya kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi üzrə müəllimlərin hazırlığı mövzusunda dəyirmi masa keçirilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində müəllimlərin İKT-nin təhsildə tətbiqi üzrə treninqlərin tədris proqramının təkmilləşdirilməsi geniş müzakirə olunub.
Dəyirmi masada qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində indiyədək treninq keçmiş müəllimlər ilkin kompüter bacarıqlarına malikdir. Lakin hazırda treninqlərə daha çox müəllimlərin, əsasən də regionlardan cəlb olunduğu üçün onların ümumi kompüter hazırlığı olmadığından İKT-nin təhsildə tətbiqi üzrə treninqlərdən aldığı biliklərin effektliyini aşağı salır.
Buna görə ümumi kompüter savadı az olan müəllimlərə əlavə treninqlərin keçməsi məqsədəuyğun sayılıb. Kompüter bacarıqlarına görə müəllimlər iki qrupa bölünməsi və bu istiqamətdə bilikləri az olanlar əlavə olaraq ilkin biliklərin verilməsi təklif olunub.Bundan əlavə tədbirdə treninq keçmiş müəllimlərin xüsusi sınaq imtahanından keçərək sertifikatlaşdırılması da müzakirə olunub.
Praktik iş əsasında qurulacaq sınaq imtahanları treninq keçmiş hər bir müəllimin biliklərini yoxlamağa imkan yarada bilər. Təlimlərdə iştirak edən müəllimlərə arayışların verilməsi, müvəffəqiyyətlə bitirənlərə isə sertifikatların verilməsi məsələsi də müzakirə olunub.