İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Aşiq kəpənəklər” artıq Bakıda

21.10.2010 [18:54]

Fontu böyüt:      

HP Azərbaycan, Azərbaycanın İT bazarına yeni HP Mini 210 Vivienne Tam Edition versiyasında HP Mini seriyasından möhtəşəm “rəqəmsal klatç” netbukun çıxdığını elan edir. HP, noutbuk haqqında fikri dəyişir, onu istənilən dəblə ayaqlaşan xanımın özünə rəva bildiyi qarderoba, dəbli əlavə kimi daxil edir. HP Mini 210 Vivienne Tam Edition-ın eksteryeri HP şirkətinin ideyasının təcəssümüdür,

HP Azərbaycan, Azərbaycanın İT bazarına yeni HP Mini 210 Vivienne Tam Edition versiyasında HP Mini seriyasından möhtəşəm “rəqəmsal klatç” netbukun çıxdığını elan edir.

HP, noutbuk haqqında fikri dəyişir, onu istənilən dəblə ayaqlaşan xanımın özünə rəva bildiyi qarderoba, dəbli əlavə kimi daxil edir. HP Mini 210 Vivienne Tam Edition-ın eksteryeri HP şirkətinin ideyasının təcəssümüdür, bu ideya yalnız müasir texniki “içlik” deyil, həm də əla, cəlbedici xarici görünüşə malik texnika (habelə PK) yaratmaqdan ibarətdir. 

Bu mini-noutbukun dizaynı Çin məhəbbət dastanı “Butterfly Lovers”-dən götürülmüşdür, istənilən təzahür və üslubu bəyənən müasir qadın, bu dizaynı yüksək qiymətləndirəcəkdir. Kəpənəklərin gözəlliyindən ilhama gələn Vivyen Temin unikal dizaynı təbii qadın incəliyini daha da qabarıq şəkildə göstərəcək və qurğuda işləyən zaman daha heç bir şeylə müqayisə edilməyən həzz bəxş edəcəkdir.  

Qeyd etmək lazımdır ki, olduqca gözəl şəkil (kəpənəyin), HP Imprintin (aeroqrafiyanın), köməkliyi ilə birbaşa mini-noutbukun qapağına köçürülmüşdür və davamlılığı ilə seçilir. Orijinal tərtibat yalnız qurğunun xarici görkəmini deyil, həm də iş masası üçün rəng, fon təsviri seçilmiş, Windows 7 Home Premium interfeysini də əhatə edir. Bundan əlavə,   HP Mini 210 Vivienne Tam Edition mini-noutbukunda əvvəlcədən “İşəsalma” menyusunda hərəkət edən kəpənəklə birgə iş masasının mövzusu quraşdırılmışdır.

Cəlbedici xarici görünüşü ilə yanaşı mini-noutbuk həm də 1,22 kq-lıq nisbətən kiçik çəkiyə və 3 sm qalınlığa malikdir, bu da onu asanlıqla əl çantasına yerləşdirməyə imkan verir.

Güzgü! Hansı qadın güzgüsüz keçinir ki? Həm də burada güzgü HP Mini 210 Vivienne Tam Edition-la bağlı olanda? Hər şey sadədir – güzgü HP Mini 210 Vivienne Tam Edition-a quraşdırılmışdır. Bununla belə “quraşdırılmışdır” o qədər də düzgün tərif deyildir. “Güzgü” funksiyası HP Mini 210 Vivienne Tam Edition konstruksiyasında nəzərdə tutulmuş veb-kamera sayəsində mümkün olmuşdur, “güzgü” müvafiq klavişə bir dəfə toxunmaqla aktivləşir. 

Xüsusi olaraq işlənib hazırlanmış HP QuickWeb proqram təminatı Facebook-da qeydlər aparmağa, tvitlər göndərməyə, musiqiyə qulaq asmağa, İnternetdə işləməyə, gündəlik dərgiləri nəzərdən keçirməyə və ya kompyuterin tam şəkildə yüklənməsinə vaxt sərf etmədən elektron məktub göndərməyə  imkan verir.

Ən lazımi funksiya dəstindən ibarət olan bu qurğu, Sizə tamamilə mobil azadlıq verəcək və biznesi daha uğurlu və səmərəli aparmaq üçün yeni imkanlar açacaqdır.

Biz HP Mini 210 Vivienne Tam Edition müvəqqəti yaşayacağı ünvanı, şəhərimizdə demək olar ki hamının tanıdığına tam əminik, bu istənilən zövq üçün nəzərdə tutulmuş 15 mindən yuxarı kitab nümunəsinin satıldığı, fəal şəkildə inkişaf edən kitab ticarəti şəbəkəsi “Ali & Nino”-dur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar