21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənib, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanıb, dünyada məşhur video paylaşım saytı olan YouTube-da Prezidentin rəsmi videokanalı fəaliyyətə başlayıb, qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi yaradılıb, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb, saytın mobil versiyası istifadəyə verilib və çox sayda digər yeni funksiyalar istifadəçilərə təqdim edilib.
Azərbaycanın turizm cazibədarlığını və xaricilər tərəfindən artan marağı nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytının məxsusi olaraq xarici qonaqlar üçün internet səhifəsi hazırlanıb. (http://president.az/foreign). Bu səhifədə xarici qonaqlar Azərbaycana gəlmək üçün ən son dəyişikliklər edilmiş viza qaydaları ilə yaxından tanış ola, ölkəmizin müxtəlif şəhərlərində hava durumunu və eyni zamanda, xarici valyutaların manata qarşı cari məzənnəsini öyrənə, Azərbaycanda baş verən hadisələrlə bağlı ən son xəbərləri oxuya bilərlər.
Səhifəyə yaxın gələcəkdə Azərbaycan mədəniyyəti ilə bağlı, həmçinin xarici qonaqlar üçün praktiki əhəmiyyətli digər məlumatların əlavə edilməsi gözlənilir.
Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi öz imkanları baxımından artıq informasiya portalına çevrilməkdədir. Verilən məlumata əsasən, bu istiqamətdə işlər davam etdirilir və tezliklə yeni imkanlar istifadəçilərin ixtiyarına veriləcək.