21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlari üçün yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verib.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Elektron Sorğu Sistemi” “CERT.GOV.AZ”ın elektron xidməti olaraq dövlət orqanlarının KİMM ilə təhlükəsiz informasiya mübadiləsinin təşkili, interaktivliyin artrılması ilə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə yaradılıb.
Dövlət orqanları bu sistemdə xüsusi təhlükəsizlik qaydalarına uyğun olaraq qeydiyyatdan keçməklə özlərinə şəxsi kabinet yaratmış olurlar. Dövlət qurumları sistemdəki şəxsi kabinetlərindən istifadə edərək KİMM ilə kriptoqrafik məlumat mübadiləsində iştirak edir, müvafiq bölmə və prioritetlərə uyğun sorğu açır, təhlükəsizlik bildirişləri və ya xəbərdarlıqlarını xəbərlərdən və ya saytlardan deyil, birbaşa “Elektron Sorğu Sistemi”ndən əldə edirlər. “Elektron Sorğu Sistemi” həmçinin sorğuların qeydiyyat sistemini mükəmməlləşdirmişdir ki, bu da gələcəkdə sorğu statistikasına uyğun olaraq problemlərin araşdırılıb qabaqlayıcı tədbirlərin görülməsinə, eyni zamanda göstərilən xidmət səviyyəsinin ölçülməsinə və yüksəldilməsinə də öz töhfəsini verəcək.
Qeyd edək ki, yaxın gələcəkdə “Elektron Sorğu Sistemi” daxilində istifadəçilər üçün informasiya təhlükəsizliyində diqqət edilməsi vacib məqamları əhatə edəcək informasiya, məqalə, izahlı dərslik və videolarla təchiz edilmiş elektron kitabxanalar da istifadəyə veriləcək.(İctnews)