21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Aprelin 21-dən mayın 31-dək ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu aparılacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il sənəd qəbulu bütün ölkə üzrə internet vasitəsilə həyata keçiriləcək.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ərizə qəbulunun internet vasitəsilə aparılmasını təmin etmək üçün müxtəlif dövlət orqanları ilə TQDK arasında saziş bağlanıb. İnternetə çıxışı olmayan məktəblərin məzunları həmin dövlət orqanlarının internet resurslarından pulsuz istifadə edə biləcək.
TQDK sədri vurğulayıb ki, bu il əlavə olaraq, Vergilər Nazirliyinin bölgələrdə fəaliyyət göstərən 14 kompüter terminallarında da abituriyentlər internetdən istifadə edə biləcək. Bu terminallar Xırdalan, Xaçmaz, Ağsu, Salyan, Sabirabad, Cəlilabad, Masallı, İmişli, Ağdaş, İsmayıllı, Şəki, Mingəçevir, Goranboy, Balakən və Qazax rayonlarında fəaliyyət göstərir.
Bundan başqa, gələn həftədən ərizə qəbulunun internet vasitəsilə təşkilinə kömək məqsədilə TQDK-nın “virtual ödəmə kartı” da açılacaq. Məleykə Abbaszadə vurğulayıb ki, bu kartdan yalnız kredit kartı olan abituriyentlər yararlana biləcək. Belə ki, kredit kartı olan şəxslər TQDK-nın internet saytına daxil olub orada “virtual ödəmə kartı”ndan istifadə etmək imkanı qazanacaq.