21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.
RİTN-nin şöbə müdiri  Rüfət Gülməmmədov tədbiri  açaraq ölkədə informasiya  cəmiyyəti quruculuğu sahəsində gedən proseslər  və qeyd olunan Layihənin bu sahədəki rolu haqqında məlumat  veriblər.
Layihənin koordinatoru , AİF-in prezidenti Osman Gündüz “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunları ilə bağlı məlumat verib. O, Layihə çərçivəsində Jurnalistlər üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli 20 məşğələnin keçirildiyini bildirib. Məşğələlərin ölkənin İKT və media sahəsində ən tanınmış 15 mütəxəssisi tərəfindən keçirildiyi bildirilib. O , həmçinin Layihə çərçivəsində “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə Müsabiqənin keçirildiyini qeyd edib. Birinci nominasiya üzrə Müsabiqəyə 17 Jurnalist tərəfindən yazı təqdim olunduğu, 2-ci nominasiya üzrə İnformasiya Cəmiyyəti quruculuğuna daha çox yer ayıran 15 Azərbaycan dilli qəzetlərin monitorinqinin aparıldığını qeyd edib. Hər iki nominasiya üzrə nəticələrin tanınmış media və İKT ictimaiyyətinin nümayəndələrindən ibarət olan Münsiflər Heyəti tərəfindən qiymətləndirildiyini vurğulayıb.
HP şirkətinin nümayəndəsi Rasim Bəxşi və  ULTRA şirkətinin nümayəndəsi  Zaur Məmmədzadə çıxış edərək  bu tip Layihələrin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan  verəcəyini bildiriblər. Özəl sektorun nümayəndələri olaraq  bu sahənin inkişafında maraqlı olduqlarını və  hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.
Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla  başa vuran 25 nəfərə SERTİFİKATLAR təqdim olunub.
Təqdimat mərasimində “İnformasiya cəmiyyətinin ən yaxşı  jurnalisti” və “İnformasiya cəmiyyətinin ən yaxşı  KİV-i” nominasiyaları üzrə  qaliblər  elan edilib.
 “İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri “Azərbaycan bu gün və sabah” jurnalının əməkdaşı Elxan Məmmədov qazanıb. Bu nominasiya üzrə 2-ci yeri iki jurnalist tutub : 525-ci qəzetdən İlhamə Qasımlı  və Vüqar Haqverdiyev.  Bu nominasiya üzrə 3-cü yeri 3 nəfər qazanıb: İlhamə İsabalayeva - APA/Informasiya Agentliyi,  Ellada Mustafayeva - Gündəlik Bakı qəzeti ( Xeberler.az - redaktoru) və Sevinc Abbasova – Azadlıq  qəzeti
“İnformasiya  Cəmiyyətinin KİV-i” nominasiyası üzrə 1-ci yeri  ötən ildə olduğu kimi “525-ci qəzet” qazanıb.  Bu nominasiya üzrə 2-ci yeri – Şərq qəzeti ,  3-cü yeri  isə 2 qəzet  – “Üç nöqtə” və “ Həftə içi” qəzetləri tutub. 
Qaliblərə Diplomlar və  HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri təqdim olunub. 
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşaov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, müstəqil ekspertlər Ələsgər Məmmədli və Azər Həsrət, “Üç nöqtə” nin Baş redaktoru Xoşqədəm Baxşəliyeva və digərləri çıxış edərək müasir dövrdə dövlət , özəl və ictimai qurum tərəfindən dəstəklənən bu tip Layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.
Qeyd edək ki, layihə  RİTN, AİF,  HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilib.
Daha geniş məlumatı www.cit.az saytından əldə edə bilərsiniz.
xeberler.az/Ellada