21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın “Sinam” şirkəti Tanzaniya Respublikasının Gəlirlər üzrə Səlahiyyətli Dövlət Orqanının “İnteqrasiya olunmuş daxili gəlirlərin idarə olunması sisteminin təchizatı və tətbiqi” üzrə açıq tenderində iştirak edir.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, tenderin tələblərinə görə, Tanzaniyada 5 milyondan 15 milyonadək vergi ödəyicisinə (müştəriyə) xidmət göstərən və 50-dən yuxarı vergi növünü dəstəkləyən informasiya sistemi qurulmalıdır.Tenderdə dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 8 şirkət iştirak edir. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaqdır.
“Sinam” şirkəti tenderdə özünün tam funksional “İnteqrasiya olunmuş verginin idarə olunması sistemi” adlanan həlli ilə iştirak edir.Bu sistem artıq Qırğızıstanda Asiya İnkişaf Bankının layihəsi çərçivəsində müvəffəqiyyətlə tətbiq olunmuş və beynəlxalq ekspertlərin müsbət rəyini qazanmışdır.
“Sinam” şirkəti Azərbaycanda elektron hökumət həllərinin tətbiqində böyük təcrübə qazanmışdır və artıq bir neçə ildir ki, ölkədə iqtisadi siyasətinin prioritetlərinə uyğun olaraq, xarici bazarlara yüksək texnologiyaların ixracına başlamışdır.Afrika qitəsində yerləşən ölkələrin informasiya texnologiyaları sahəsində indiki durumunu nəzərə alsaq, gözləmək olar ki, təcrübəli Azərbaycan şirkəti bu regionun bir sıra ölkələrində elektron hökumət üzrə davamlı tərəfdaş ola bilər.
Afrika ölkələri hazırda dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərinin diqqət mərkəzindədir və regiona çıxış yüksək rəqabətliliyi ilə seçilir . (AzərTAc)