21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Microsof” şirkəti “Internet Explorer” proqramının sonuncu versiyasını digər veb-brauzerlərə nisbətən elektrik enerjisini daha az sərf etdiyini diqqətə çatdırıb. Aparılan testlər nəticəsində Windows 7 əməliyyat sistemində 56 Vt/s həcmi ilə çalışan noutbuklarda enerji sərfiyyatı müvafiq olaraq: “Internet Explorer 9”da 3 saat 45 dəqiqə, “Mozilla Firefox”da isə 3 saat 35 dəqiqə sonra tükənib.
Yerdə qalan digər brauzerlər isə “IE 9”a rəqib ola bilməyiblər. “Google Chrome 10” - 2 saat 56, “Safari 5” – 2 saat 55, “Opera 11” isə 2 saat 43 dəqiqə sonra (“Internet Explorer 9”-dan 62 dəqiqə tez) akkumlyatoru enerjisiz qoyublar.
“Microsof” şirkətinin təmsiliçisinin bildirdiyinə görə, brauzer ona əmr olunan səhifəni nə qədər gec emal edib istifadəçiyə ötürürsə, bir o qədər enerji ehtiyatını sərf edir.
“Opera Software” şirkəti isə aparılan testlərin nəticələrinə inanmadıqlarını, dövriyyədə olan proqramlarından əmin olduqlarını dilə gətirsə də, “Mozilla Firefox” sınaqlarda ikincilik ilə kifayətlənsə də, nəticəyə etimad göstərdiklərini bəyan edib.