İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib

18.02.2011 [21:08]

Fontu böyüt:      

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib. Bu gün BDU-da saytın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Abel Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir. "Mətbuat Azərbaycanda dövlət hakimiyyətinin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı milli mətbuatın inkişafına öz tövhələrini verir", - Məhərrəmov əlavə edib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin yeni saytı istifadəyə verilib. Bu gün BDU-da saytın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Abel Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir.

"Mətbuat Azərbaycanda dövlət hakimiyyətinin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı milli mətbuatın inkişafına öz tövhələrini verir", - Məhərrəmov əlavə edib.

O qeyd edib ki, Azərbaycan təhsilinin inkişaf etməsi, universitetlərimizin dünyanın aparıcı təhsil ocaqlarının siyahısına düşməsi üçün mətbuatın da üzərinə məsuliyyət düşür.

Rektor Məhərrəmovun çıxışından sonra universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova mətbuat xidmətinin saytını qonaqlara təqdim edib.

İbrahimova qeyd edib ki, Mətbuat və informasiya şöbəsinin təqdimatı keçirilən saytı (http://press.bsu.edu.az) son 10-12 il ərzində Bakı Dövlət Universiteti haqqında kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialların məcmusudur. Toplanmış bütün materiallar aidiyyəti başlıqlar altında verilib.

Saytın təqdimatından sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov və "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək təbriklərini çatdırıblar.

Daha sonra Bakı Dövlət Universitetinin fəaliyyətini geniş işıqlandırdığına görə, bir sıra media qurumlarının rəhbərlərinə "Universitetin dostu" mükafatı təqdim olunub. Jurnalistlərə isə çalışdıqları media qurumunda Bakı Dövlət Universiteti haqqında mütəmadi olaraq informasiyalar yaydıqlarına görə hədiyyələr təqdim olunub.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar