21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 3-də 20-ci “Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubunun (AQİK / “FEMMES DIGITALES”) rəsmi açılış mərasimi baş tutacaq.
Xeberler.az bildirir ki, klubun
yaradılmasında məqsəd dövlət və özəl sektorda, habelə ictimai fəaliyyət sahələrində
İKT istiqaməti üzrə fəal olan xanımları bir araya gətirməkdir.
Klubun təsisçiləri arasında “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, “Mont”, “Art Scarves by Menzer Hajiyeva” kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.
Klubun rəsmi açılış mərasimi Bakı Ekspo Mərkəzinin 3-cü zalında saat 17:00-da başlayacaq.
Açılış mərasimində rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri
xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristiina
Oyuland çıxış edəcəklər. Tədbirdə həmçinin “FEMMES DIGITALES” klubunun təsisçiləri
– “B.est Solutions” şirkətinin qurucusu xanım Yana Krimpe, “Microsoft” şirkətinin
təmsilçisi Səbinə Pərvizi, “Bakcell” şirkətinin nümayəndəsi Xavər Qambayzadə,
AGAT-ın rəhbəri Günel İbrahim və “Azerfon” şirkətinin nümayəndəsi Nigar
Arpadarai məruzələri dinlənəcək.