İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda İnternet radioların inkişafında gənc təşəbbüsləri

02.06.2010 [11:40]

Fontu böyüt:      

Azərbaycanda İnternet radioların çox zəif inkişaf etdiyini, bunun da bir çox səbəbləri olduğunu hamımız bilirik. Bu səbəblərdən dolayı onlardan bəziləri isə yaradıldıqdan bir müddət sonra fəaliyyətlərini dayandırmışlar. Müsahibizim gənc təşəbbüskar NEXT FM radiosunun yaradıcısı Murad Qasimovdur. NEXT FM (http://nextfm.tk) Aprel ayının 4-ü 2009-cu ildə ilk demo efirini yayımlayıb. Təqdimatı isə həmin ili may ayında keçirilmiş “KörpüKamp” QHT və Media konfransında olub.

Azərbaycanda İnternet radioların çox zəif inkişaf etdiyini bunun da bir çox səbəbləri olduğunu hamımız bilirik. Bu səbəblərdən dolayı onlardan bəziləri isə yaradıldıqdan bir müddət sonra fəaliyyətlərini dayandırmışlar. Müsahibizim gənc təşəbbüskar NEXT FM radiosunun rəhbəri Murad Qasımovdur.  NEXT FM  Aprel ayının 4-ü 2009-cu ildə ilk demo efirini yayımlayıb. Təqdimatı isə həmin ili may ayında keçirilmiş “KörpüKamp” QHT və Media konfransında olub. Dünya Tələbə Asambleyası qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin layihəsidir. Hazırda Soutcast vasitəsilə 24 saat yayımlanır.

 

-Radioda hansı verilişlər yayımlanır?

-3 veriliş var. Rock Zone, Hip-Hop Time, Music NEXT və Gecə Kanalı verilişləri. Bir neçə xarici radiolarla əməkdaşlıq edirik. Hər bazar günləri Day1 radiosunun 1 saatlıq həftəlik buraxılışı yayımlanır. İyun ayından radionun verilişləri rus və türk dillərində də yayımlanacaq. Efirdə ən çox Rok, Bluz, Caz, Milli musiqi və Etno musiqisini dinləmək olar. Verilişlər olmayanda avto DJ sistemi ilə işləyir. Hazır “playlist”lərdən istifadə edirik.

 

-Xarici radiolarla da əlaqəniz varmı?

-Bəli. Almaniyanın Deutsch Welle (Alman Dalğası) radiosu ilə müqavilə bağlamışıq. Bu radio artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Partnyorluq çərçivəsində bir çox sosial verilişlərin yayımlanması nəzərdə tutulub, həmçinin Alman dili öyrənmək istəyənlər üçün xüsusi tədris proqramı da hazırlanacaq. Hazırda həmin müqavilə ilə bağlı radiomuzda texniki problemlərin aradan qaldırılması ilə məşğuluq.


-Radionun keyfiyyətli yayımlanmasını necə təmin edirsiz?

-Radionun 2 əlavə serveri var, bu da  texniki problemlər yaranarsa fasiləsiz və keyfiyyətli yayımı təmin etmək üçün istifadə olunur. Bunlardan biri Flatcast yayım serveri, digəri isə İradeo şirkətinin streaming platformasıdır ki, Yer.az şirkətinin hostinqində yerləşdirilib.

 

-Texniki problemlər işinizə nə qədər təsir edir?

-Məsələn, Amerikanın Liberty News radiosu partnyorluq təklif etmişdi. Sırf texniki şərtlərə görə imtina etməli olduq. Onlar bizdən keyfiyyətli efir istəyirdilər. Kəsilən, xırıldayan yayım onlara lazım deyil. Bizim avadanlığımız buna imkan vermir. Öz cibimizdən almışıq, sponsor yalnız internet və ofis xərclərini ödəyir. İndi 128kb yayımımız var, arada məcbur oluruq 64-lə yayımlayırıq, əvvəl isə 32kb idi. Bizim studiyanı görəndən sonra inanmırdım ki, bundan sonra bizimlə müqavilə bağlasınlar. Halbuki, keyfiyyətli yayımın əvəzində bizə peyklə yayım təklif edirdilər. Sputniklə yayımlanacaqdıq və çanaq antenası olanlar bizi hotbir 8 ötürücüsündən dinləyə biləcəkdik. Yəni standatrlardan bir az kənara çıxıb daha böyük auditoriyaya çıxa bilərdik, lakin hotbird 8 texnologiyasının öz parametləri var, hansı ki, bizim avadanlığımız standartlara cavab vermirdi, ona görə də imtina etdik, öz məsuliyyətimizi dərk edirik.

 

-Studiyanız harda yerləşir?

-Bakıda bir qarajda yerləşir. Dəhşətdir demək olar ki.. Mən özüm Göyçayda yaşayıram. Bakıdakı studiyada layihə meneceri var. Ona burdan məsləhət verirəm.

 

-Maliyyə çətinlikləri varmı?

-Layihənin baş sponsoru Piramida Təhsil və Karyera mərkəzidir. Lakin, Özümüz Amerikanın Liberty News radiosu ilə partnyorluqdan imtina etdikdən sonra layihəni satışa çıxarmışdıq. Hətta çox ucuz qiymətə belə satmışdıq. Amma mən ona o qədər əziyyət çəkmişəm ki, buna heyfim gəldi və maliyyə böhranına qalib gəldim. Öz aylıq maaşımı radionun yaşaması üçün xərclədim. Ştatla işləyən işçilər yoxdur. Qara qəpik də almırıq işləməyimiz qarşılığında, sadəcə zövq alırıq bu işdən. Lozunqumuz da var: Turn your radio for CHANGE, yəni radio dalğanı dəyişiklik üçün çevir.

 

-Azərbaycanda normal səviyyəli İnternet radio açmaq üçün nə qədər xərc lazımdır?

-5000 manat yaxın.Lakin daha çox kapital daha keyfiyətli efirə yol açır.

 

-Radionun dinləyiciləri haqqında nə deyə bilərsiz?

-Azərbaycandan dinləyicilər azdır, xarici dinləyicilərdən daha çox dəstək alırıq. Dinləyicilərin sayı 300-500 arası dəyişir, 56% xaricilərdir, hətta İndoneziya və Yaponiyadan da dinləyicilərimiz var.

 

-Radionu harda reklam edirsiz?

-Harda gəldi reklam edirik, Facebookdan tutmuş bloqlara kimi. Onu da deyim ki, radio Kievdə keçiriləcək Drupal camp Kiyev 2010 tədbirinin media partnyorudur. E-mail sistemimiz də var. Kim özünə e-mail açmaq istəsə administratora müraciət edə bilər. MSN kimi də istifadə etmək olur.

 

-Sizcə Azərbaycanda İnternet radioların inkişafının qarşısnı nə alır ?

-Dinləyici problemi var. Yəni çoxları hələ İnternet radionu başa düşmür, populyar deyil dinləyicilər arasında. Ən çox şikayət İnternetin sürətindəndir. Ona görə də yayımın keyfiyyətini aşağı salmağa məcbur oluruq. Dial up ilə radiomuzu dinləyənlər var. Radionun özündə insan resursu ilə bağlı problem yoxdu .Hətta növbə gözləyən könüllülər var. Onlar hər cür kömək etməyə can atır. Maliyyə ilə bağlı problemlər var. Bu da dinləyicilərin sayından asılıdır. Dinləyici daha çox olsa reklam verənlərə daha inamla müraciət edə bilərik.

 

-İnternet radioların lisenziyalaşdırılmasına ehtiyac olduğu barədə Əli Abbasovun dediklərinə münasibətiniz necədir? 

-Dünyanın heç yerində İnternet media, o cümlədən İnternet radioları və televiziyaları lisenziya əsasında fəaliyyət göstərmir. Çünki bu virtual məkandır, onun dövlət resurslarına heç bir aidiyyati yoxdur. Hesab edirəm ki, İnternet radio və televiziyalarını tənzimləmək qanuna və mövcud dünya təcrübəsinə ziddir. Hansısa əxlaqi məsələlərə diqqət etmək vacibdir.. Amma bütövlükdə bu qurumların lisenziya əsasında fəaliyyət göstərmələri yanlışlıqdır. Bəlkə də qəzet kimi müəyyən qeydə almalar ola bilər, amma bu heç bir halda lisenziya vermək və ya xüsusi icazə tətbiq etmək anlamına gəlib çıxmamalıdır. Hər halda dünyada belə bir praktika haqqında eşitməmişəm. Belə bir addım atılarsa, bu söz və mətbuat azadlığı çərçivəsinin daralmasına gətirib çıxara bilər.

 

Jalə Nəcəfova


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar