21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
USA Today nəşrinin yazdığına görə, ABŞ hökuməti Pekində keçiriləcək Olimpiada zamanı, çin xakerləri tərəfindən gözlənilən hücum barəsində xəbərdarlıq ediblər. İlk növbədə Olimpiya Oyunlarını ziyarət etməyə hazırlaşan amerika biznesmenləri və məmurları ehtiyyatlı olmalıdırlar. Avqust ayında ABŞ prezidenti Corc Buş və digər hakimiyyət nümayəndələri daxil olmaqla Çinə minlərlə amerikalının gəlməsi gözlənilir.
ABŞ və Çin arasında iqtisadi təhlil və təhlükəsizlik (U.S.-China Economic and Security Review Commission) sahəsində münasibətlər komissiyasının rəhbəri Larri Vortselin sözlərinə görə, oteldə kompüterləri hətda bir neçə dəqiqəlik baxımsız qoymaq təhlükəlidir. ABŞ-da hesab edirlər ki, Çin xeyli sayda amerika rəsmilərinin Olimpiadaya gəlməsindən istifadə edərək, məmur və biznesmenlərin kompüterlərində saxlanılan məxvi məlumatları əldə etməyə çalışacaq və ya amerikanın kompüter şəbəkəsini viruslara yoluxduracaq.
ABŞ konqresinin kəşfiyyat fəaliyyəti üzrə Komitəsindən (House Intelligence Committee) olan Mayk Rocers, Pekinə Olimpiadaya gedənlərə noutbuk və digər daşıyıcılardan, Çinə maraqlı olan informasiya və məlumatların silinməsini və həmçinin qayıtdıqdan sonra şəbəkəyə qoşulmadan öncə noutbuklarını virus tesdindən keçirmələrini tövsiyyə edib.
Çin tərəfi amerika hökümətinin bu bəyanatlarına hələki heç bir reaksiya göstərməyib.