21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Silverkey Technologies” şirkətinin Azərbaycandakı nümayəndəliyi Azərbaycanda ilk İnternet ödəmə sisteminin təqdimatını keçirdi.
Tədbirdə “Silverkey Technologies” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid İsmayılzadə çıxış edib, GoldenPay - İlk Onlayn Ödəmə Sisteminin özəllikləri barədə məlumat verdi: “Bu sistem vasitəsilə müxtəlif şirkətlər öz məhsullarını internet üzərində satışa çıxara və alıcılar ödəmələrini edə bilərlər. Sistem bütün təhlükəsizlik standartlarına cavab verir.”
Internet ödəmənin Azərbaycanda ilk iştirakçısı Nar Mobile şirkətidir. Artıq bu gündən etibarən Nar mobile istifadəçiləri balanslarını onlayn ödəmə vasitəsilə artıra biləcəklər. 
Hazırda Hotnet, Nexus, NLT Telekom, Forex.az, Yumroo, Avirtel kimi şirkətlər bu sistemə qoşulublar.
F.İsmayılzadənin sözlərinə görə, yaxın zamanda sığorta şirkətləri, kommunal xidmətlər, AzEvrotel, Bakcell şirkəti də bu sistemə qoşulmaq niyyətindədir.
Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söylədi ki, bu layihə Azərbaycanda İnternetin inkişafında atılan ciddi addımlardan biridir və bu sahədə gələcəkdə daha da irəliməyə təkan verən ilk layihədir.
Qeyd edək ki, GoldenPay Unibank və Azərdəmiryolbank-la işləyir. Visa və Mastercard şirkətləri tərəfindən xüsusi lisenziya alıb.
GoldenPay-in gələcək planlarına gəldikdə isə, qoşulmanın daha da asanlaşması, GoldenPAy Certified Partner Programının həyata keçirilməsi, portal layihələrin yaradılması, onlayn resurs mərkəzləri yaratmaqdır.