İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

20.12.2013 [09:49]

Fontu böyüt:      

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir.
“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir. Hazırda layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) koreyalı və yerli mütəxəssislərdən ibarət İşçi Qrupun görüşü keçirilir. Cari həftənin sonuna qədər davam edəcək görüşdə məqsəd qurulacaq təlim mərkəzləri ilə bağlı qarşıya çıxan məsələlərin hərtərəfli müzakirəsidir.
 
Qeyd edək ki, “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” Nazirlər Kabinetinin sərəncamına əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə minib.
 
 Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş bölgədə təlim mərkəzlərinin yaradılması, mərkəzlərdə koreyalı mütəxəssislər tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılması və zəruri avadanlıqlarla təmin olunması nəzərdə tutulur.
 
Hazırda Bakı şəhərində Təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb və Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
 
Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.
 
Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
 
Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.
(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar