21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mətbuat xidmətindən xeberler.az-a bildiriblər ki, DSMF-nin internet saytında (www.sspf.gov.az) əhalinin maarifləndirilməsi məqsədilə bir sıra təkmilləşmə işləri aparılaraq saytın ana səhifəsində yeni altqrup yaradılıb.
“Vətəndaşların məlumatlandırılması” adlı altqrupda sığorta-pensiya sistemində birbaşa əhali ilə təmas zamanı daha çox istifadə olunan məlumatlar- əmək pensiyasının təyin edilməsi üçün lazım olan sənədlərin siyahısı, məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların DSMF-də uçotuna dair ərizə, məlumat, arayış, hesabat və s. zəruri sənədlərin formaları yerləşdirilib.
Qeyd edək ki, bu məlumatların əks olunduğu normativ hüquqi aktlar əvvəllər də saytın ayrı-ayrı altqruplarında mövcud olub. Yeni altqrup yaradılarkən vətəndaşların bilavasitə onlara aid məlumatları daha rahat əldə etməsi amili nəzərə alınaraq əhalinin maraq dairəsində olan əsas məlumatlar bir blokda cəmləşdirilib.
Bundan sonra istənilən vətəndaş saytın ana səhifəsində nəzərəçarpan yerdə formalaşdırılan “Vətəndaşların məlumatlandırılması” altqrupuna daxil olub mühüm məlumatlar əldə edə bilər.