21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu” İdarə Heyətinin növbəti iclası keçirilib.
Fonddan verilən məlumata görə, Fondun İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 7 müraciətə baxılıb.
Müraciətlərdən 6-sı təmin edilərək, bütövlükdə 3 min 800 manat həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.
Fondun Əsasnaməsinin “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə bloger Emin Milli -Abdullayevin ailəsinə 1000 manat, bloger Adnan Hacızadənin ailəsinə 1000 manat, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 1000 manat məbləğində maliyyə yardımı edilib.
Eyni zamanda “Məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilova 300 manat, “Mühakimə” qəzetinin əməkdaşı Elçin Həsənova 100 manat, “hücuma məruz qalan və ya qeyri-qanuni müdaxilələr nəticəsində fəaliyyətində fasilə yaranan KİV-lərə yardım edilməsi” bəndinə görə “Komanda” qəzetinin redaksiyasına 400 manat məbləğində maliyyə yardımı ayrılıb.