21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa  çatib.  
Milli Net 2010-a start veriləndən  qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az  saytında qeydiyyatdan keçib və 437 sayt Müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt Müsabiqəyə qəbul edilib, 128  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə müsabiqəyə buraxılmayıb. 
Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmamasıdır.
Təşkilat Komitəsinin müəyyən etdiyi Moderatorlar  tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəbləri  qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib. Qeydiyyat müddətində problemləri aradan qaldıran saytların qeydiyyatına  yenidən baxılıb.
İnternet istifadəçilərinin münasibət  bildirməsi üçün millinet.az da  şərh yazmaq imkanı yaradılıb və indiyədək 2500 – dən çox şərh yazılıb. “Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar yerləşdirilib.
Ötən müddət ərzində Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə, şərhlərin məzmunu ilə  bağlı bir neçə şikayət və  müraciətlər daxil olub. Bütün Müraciətlərə fərdi qaydada TK  tərəfindən baxılıb və Əsasnamənin tələblərinə uyğun olaraq həll olunub. Müsabiqə qaydalarını pozduğuna görə yalnız  bir nəfər Müsabiqədən kənarlaşdırılıb.  
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə ən yaxşılar olan 75 sayt Nominant statusu alıb.
Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Münsiflər heyəti 04 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. 
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. 
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin 04 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.
Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.
Milli Net 
Təşkilat Komitəsi
www.millinet.az 
492-4444