Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, Yarımfinala çıxan startuplar  Ekspertlər qarşısında öz Layihələrinin təqdimatlarını ediblər.
Startup Azərbaycan yarışmasında Yarımfinalçı statusu alan 15 Layihədən 13-ü Ekspertlər tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib
Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, Yarımfinala çıxan startuplar  Ekspertlər qarşısında öz Layihələrinin təqdimatlarını ediblər.
Startup Azərbaycan yarışmasında Yarımfinalçı statusu alan 15 Layihədən 13-ü Ekspertlər tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. Layihələrin qiymətləndirilməsi prosesində İT və marketinq sahəsində tanınmış 7 nəfər  Ekspert iştirak edib . Hər bir startup  komandası 6-7 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Təqdimatların video çəkilişi aparılıb və digər ekspertlərə də təqdim edilib. 
Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq
Finalçılar 04 iyul tarixdə keçirilməsi nəzərdə tutulan  yekun təqdimat mərasimində élan olunacaq. 
Finalçılara Diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.
Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya)  4 iyul tarixdə  keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. 
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az   
Yarımfinalçıların təqdimat mərasimindən fotolar : 
https://www.facebook.com/media/set/?set=a.542551105804225.1073741836.486851951374141&type=1