21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Massaçusets Texnologiya Universitetinin tədqiqatçıları (Massachusetts Institute of Technology - MIT) istənilən səthi sensor ekrana çevirmək imkanına malik qurğu yaradıblar.
Qurğunun təchiz olunduğu detalların qiyməti təxminən 300 ABŞ dolları təşkil edir. Burada veb-kamera, mobil telefon və batareya ilə işləyən kiçik proyektor quraşdırılıb. Tədqiqatçılar qeyd edirlər ki, onların yaratdıqları cihaz istənilən səthdə kompüter işçi masasının proyeksiyasını salır. Belə vəziyyətdə işçi masasını yalnız əl hərəkətləri ilə idarə etmək mümkündür.
Yeni qurğu vasitəsilə fotoşəkillər çəkmək mümkündür, lakin bunun üçün istifadəçi kadrın sərhədlərini əlləri ilə nişanlamalıdır. Bundan əlavə qurğunun köməyi ilə vitrindəki malları müəyyən etmək və bu mallar haqqında ətraflı məlumat əldə etmək olar.
Həmçinin MIT-in yeni işləməsi internetə çıxış imkanı ilə təmin olunub. Belə ki, istifadəçi internetdən istənilən məlumatı yükləyə və şəbəkəyə məlumat daxil edə bilər.
Yaradıcıları tərəfindən altıncı hiss adlandırılan qurğunun seriyalı istehsalı barədə məlumat təqdim olunmur. Tərtibatçılar yalnız qeyd edirlər ki, bu cür cihaz üzərində hələ kifayət qədər işləmək lazımdır. Onlar belə qurğuların analoqlarının təqribən on ildən sonra insan beyninə daxil edilən implantant kimi istifadə olunacağını istisna etmirlər. www.mincom.gov.az