21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyanın nəhəng smartfon və yaddaş mikrosxemi istehsalçısı “Samsung Electronics” şirkəti elmi tədqiqatlar və işləmələrə (R&D) yatırılan sərmayələrin həcminə görə liderlik edən şirkətlər siyahısında ikinci yeri tutub.
“Booz&Company” beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, 2012-ci ilin iyun-iyulunda Cənubi Koreya istehsalçısı bu məqsədlə təxminən 1,04 milyard dollar xərcləyib. “Samsung”u yalnız “R&D” xərcləri həmin müddətdə 11,4 milyard dollar təşkil edən “Volkswagen” avtomobil konserni qabaqlayıb.
Üçüncü yerdə İsveçrənin “Roche Holding” (10,2 milyard dollar) əczaçılıq şirkəti qərarlaşıb. Dördüncü və beşinci yerləri tədqiqat və işləmələrə müvafiq olaraq 10,1 və 9,8 milyard dollar xərcləyən “Intel” və “Microsoft” korporasiyaları tutub.
Liderlər iyirmiliyində “Google” (6,8 milyard dollar), “IBM” (6,3 milyard dollar), “Nokia” (6,1 milyard dollar), “Panasonic” (6,1 milyard dollar) və “Sony” (5,7 milyard dollar) şirkətləri də yer alıb. Qeyd edək ki, bundan əvvəl “Booz&Company” ekspertləri 10 ən innovasiyalı şirkətin reytinqini hazırlayıb.
“Samsung” şirkətinin “Apple” və “Google”dan sonra üçüncü yerə layiq görüldüyü həmin siyahıya “Amazon”, “3M”, “General Electric”, “Microsoft”, “IBM”, “Tesla Motors” və “Facebook” şirkətləri daxil olub. (ictnews.az)