21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azerfon” (Nar Mobile) “Azercell”ə olan 11 milyon manat borcunu bu gün ödəməsə, gecə saat 24:00-dan iki şəbəkə arasında bağlantı kəsiləcək. 
“Azercell Telekom”un mətbuat xidmətinə istinadən verilən xəbərə görə,  iki müəssisə arasında 2007-ci il fevralın 28-də imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtləri “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulub.
Nəticədə 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom” MMC-yə, ƏDV daxil olmaqla, 11 milyon manata yaxın borcu yaranıb.
“Azercell” dəfələrlə bu borcun ödənilməsinə dair xəbərdarlıq etdiyini, lakin qarşı tərəfdən heç bir addım atılmadığını bəyan edərək şəbəkələr arasındakı mövcud arabağlantı kanallarının 2009-cu il iyulun 22-də saat 00.00-dan kəsiləcəyini açıqlayır: “Hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” (Nar Mobile) məsuliyyət daşıyacaq”.