21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Böyük Britaniyanın Birminhem şəhərinin Pakistan əsilli beşyaşlı sakini Ayan Kureşi Microsoft korporasiyası tərəfindən təqdim olunan kompüter mütəxəssisi sertifikatına layiq görülüb.
“Microsoft Computer Specialist” sertifikatını almaq üçün Kureşi Birminhem Universitetinin təşkil etdiy imtahandan uğurla keçib. Sənəd Microsoft əməliyyat sisteminə peşəkar səviyyədə yiyələnməni təsdiq edir. Adətən bu sertifikatı alan adamlar universitetdə təhsil almazdan əvvəl və ya təhsili başa vurduqdan sonra ABŞ korporasiyasına işə dəvət edilirlər.
“Əvvəlcə o, kompüterin necə işləməsi və şəbəkənin nə olması ilə maraqlandı. Mən onun suallarına cavab verdim, sonra uşaq bunun onun üçün maraqlı olmasını dayanmadan təkrar etməyə başladı və mən nəzəriyyəni ona ən sadə dildə başa saldım. Uşağın marağı çox böyük idi və ötən ay Ayan iki fərdi kompüteri, iki noutbuku, şəbəkə kommunikatorunu və marşrutlayıcını uğurla birləşdirərək kompüter şəbəkəsi yaradıb.
Bildirilir ki, Ayan Kureşi Pakistanda anadan olub, lakin körpə ikən Londona gətirilib.
Qəzet qeyd edir ki, əvvəllər Microsoft versiyasına görə ən gənc kompüter mütəxəssisi 6,5 yaşlı pakistanlı Mehroz Yavər olub. Bundan başqa, 2004-cü ildə sertifikata layiq görülən gənc pakistanlı qız Arfa Kərim Microsoft korporasiyasının yaradıcılarından biri Bill Qeyts ilə görüşə dəvət edilib, - “RİA Novosti” yazır.
Məınbə: mincom.gov.az