21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Son aylar ərzində Qlobal Şəbəkədə elektron spam göndərişlərinin sayı xeyli azalıb.
Ekspertlərin sözlərinə görə, ötən ilin avqust ayından spam həcmi tədricən azalırdı, dekabrın sonundan isə kəskin sürətdə azalmağa başladı. Belə ki, əgər avqust ayında gün ərzində elektron poçt vasitəsilə 200 milyarda yaxın arzuolunmaz məktub göndərilirdisə, dekabr ayında bu rəqəm 50 milyardadək enib. Sözügedən tendensiyanın səbəbləri sonadək məlum deyil, lakin sahənin ekspertləri bu cür sakitliyin müvəqqəti olacağını düşünür. Şəbəkədə təhlükəsizlik problemləri ilə məşğul olan Symantec şirkətinin baş analitiki Pol Vud məsələ ilə bağlı qeyd edib ki, Milad Bayramı münasibətilə istirahət günləri müddətində Qlobal Şəbəkənin üç ən iri spam istehsalçısının internetdəki fəallığının azalması müşahidə olunurdu. Lakin P. Vudun sözlərinə görə, bunun hansı səbəbdən baş verdiyini demək çətindir.
Bununla belə, bu cür sakitliklər əvvəllər də qeydə alınırdı. “Adətən bunun botnetlərin (spam göndərən “yoluxmuş” kompüterlər şəbəkələri) özündə yaranan texniki problemlərlə əlaqələndirirdilər”, - analitik bildirib. Lakin bu gün, müşahidələr göstərir ki, iri botnetlərdə texniki problemlər yaşanmır. Müşahidə olunan tendensiyanın mümkün izahlarından biri ondan ibarətdir ki, hazırda yeni kampaniya planlaşdıran spamerlərin yenidən qruplaşması həyata keçirilir. Kompüter təhlükəsizliyi sahəsinin digər iştirakçısı olan Websense şirkətinin tədqiqatçısı Karl Leonardın fikrincə bu insanlar (spamerlər) sırf mənfəət uğrunda fəaliyyət göstərir. “Və əgər yeni aksiya gözlənilən nəticələri vermirsə, spamerlər müvəqqəti olaraq fəaliyyətlərini dayandırır, qruplaşmalarda müəyyən dəyişiklər edir və yeni kampaniyaya başlayırlar”, - K. Leonard qeyd edib. Bununla yanaşı bir sıra digər faktorları da qeyd etmək lazımdır.
Son zamanlar spam göndərişləri ilə mübarizə edənlərin nəzərə çarpan uğurları müşahidə olunur. Digər faktor isə ondan ibarətdir ki, spamerlər arzuolunmaz məktubları üçün tədricən elektron poçt deyil, digər vasitələrdən (misal üçün sosial şəbəkələr) istifadə etməyə üstünlük verir. Tendensiyanı şərh edən hər iki ekspert razılaşır ki, bu cür sakitliyin müddətini və növbəti “fırtınanın” olub-olmayacağını indi söyləmək çətindir.