21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
13-15 sentyabr 2011-ci il tarixində Nepryaxində (Çelyabinsk vilayəti, Rusiya) Cənubi Ural Dövlət Universitetinin dəstəyi və Rusiya Elmlər Akademiyası, Təhsil və Elm Nazirliyi, Elm və Texnologiyalar üzrə Regionlararası Şuranın təşkilatçılığı ilə elmin fundamental və tətbiqi problemləri üzrə VI Beynəlxalq simpozium keçiriləcək. 
Simpoziumun proqramına riyazi elmlər; fizika elmləri; energetikanın fiziki-texniki problemləri; mexanika və idarəetmə prosesləri; kimya və materiallar haqqında elmlər; biologiya elmləri; Yer haqqında elmlər; informasiya texnologiyaları və hesablama sistemləri; sənaye və energetikada, nəqliyyat və rabitədə, tikintidə, kənd və meşə təsərrüfatında, balıq ovunda yeni texnologiyaların təkmilləşdirilməsi və yaradılmasının elmi əsaslarına dair mövzular daxildir. 
Simpoziumun işində iştirak etmək üçün ərizə və məruzələrin əlyazması cari ilin 30 aprel tarixinədək Elm və Texnologiyalar üzrə Regionlararası Şuraya təqdim edilməlidir. Tədbirlə bağlı əlavə məlumat əldə etmək istəyənlər www.msnt.pp.ru saytına müraciət edə bilərlər.