İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

YENİ İDMAN KANALI: "Fanat TV" yaradılır

22.06.2010 [09:04]

Fontu böyüt:      

Fanat" İdman Agentliyi yeni layihənin icrasına hazırlaşır. Bu barədə agentliyin rəhbəri Əli Sahib məlumat verib. Onun sözlərinə görə, yeni futbol mövsümündən başalayaraq, Azərbaycan internet mıəkanında ilk idman televiziyası - "Fanat TV" fəaliyyətə başlayacaq.

"Fanat" İdman Agentliyi yeni layihənin icrasına hazırlaşır. Bu barədə agentliyin rəhbəri Əli Sahib məlumat verib. Onun sözlərinə görə, yeni futbol mövsümündən başalayaraq, Azərbaycan internet mıəkanında ilk idman televiziyası - "Fanat TV" fəaliyyətə başlayacaq.

"Fanat TV"nin yaradılmasında əsas məqsəd Azərbaycan futbolunun, xüsusən də uşaq futbolunun, gənc ulduzların təbliğidir. "Sabahın ulduzları", 13, 15, 17 yaşlıların oynağıdı Azərbaycan çempionatının oyunlarının canlı yayımını reallaşdırmaq, Premyer Liqa klublarının aşağı yaş qruplarının diqqət mərkəzində saxlanması əsas hədəfimiz olacaq. Çünki idman mətbuatı əsasən Premyer Liqanın oyunlarına diqqət ayırdığından digər çempionatlar, aşağı yaş qrupları diqqətdən kənarda qalır" - deyə Ə.Sahib bildirdi.

Agentliyin direktoru əlavə etdi ki, "Fanat TV"də Premyer Liqa oyunları da öz geniş əksini tapacaq: "Əsas diqqətimizi uşaq futboluna yönəltsək də, Azərbaycan futbol həyatının bütün sahələrini əhatə etməyə çalışacaq, Premyer Liqa komandalarına, keçirilən oyunlara xüsusi diqqət ayıracağıq. Həm oyunların canlı yayımı, həm də qarşılaşmaların ən yadda qalan məqamlarını, vurulan qolları izləyicilərə təqdim edəcəyik. Gündəlik idman xəbərləri, icmallar, mütəxəssis rəyləri- bütün bunlar "Fanat TV"nin gündəlik proqramını təşkil edəcək".

Ə.Sahib bildirdi ki, "Fanat TV" layihəsini ilkin olaraq öz gücləri hesabına reallaşdıracaqlar:  "Amma "Fanat TV" bir layihə kimi istər başlanğıcda, istərsə də işin gedişatında çox böyük xərclər tələb edir. Məqsədin Azərbaycan futbolunun təbliği və inkişafı olduğunu nəzərə alsaq, bütün aidiyyatı qurumların da bu işə dəstək olması zəruridir. AFFA-dan, PFL-dən, klublardan, idmana sponsorluq etməkdə maraqlı olan Unibank, Kapitalbank, Azercell və sairə kimi iri şirkətlərdən dəstək gözləyirik".

Mənbə: www.qaynar.info


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar