21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Azərbaycanın mobil rabitə operatoru Azerfon şirkəti ölkədə üçüncü nəsil mobil rabitə şəbəkəsinin (3G) kommersiya istifadəsinə verilməsi barədə elan edib.
Azerfon tərəfindən bununla bağlı təşkil olunmuş mətbuat konfransında şirkətin icraçı direktoru Gido Helbix qeyd edib ki, bugünki hadisə ölkənin telekommunikasiya bazarının inkişafında vacib addımdır. Tədbirdə bildirilib ki, Azerfon 3G xidmətlərini öz tərəfdaşı dünyanın tanınmış Vodafone şirkəti ilə əməkdaşlıq çərçivəsində Azerfon-Vodafone brendi altında həyata keçirəcək.
Brend haqqında danışan G. Helbix yeni birgə loqotipi və Azerfon-Vodafone xidmətləri təqdim olunacaq yeni 077 prefiksi barədə elan edib.
Şəbəkənin əhatə dairəsi məsələsinə toxunan Azerfon rəsmisi 3G xidmətlərindən ilkin mərhələdə nəinki Bakıda, həmçinin Azərbaycanın Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir kimi iri şəhərlərində, eləcə də Abşeron yarımadasında istifadə oluna biləcəyini qeyd edib.
Yeni texnologiyanın üstünlüklərini diqqətə çatdıran G. Helbix video-rabitə və yüksəksürətli mobil internetə çıxış imkanlarını xüsusi qeyd edib. Şəbəkə Azerfon-Vodafone istifadəçilərinə saniyədə 3,6 meqabit sürəti ilə məlumatlara çıxış imkanı təqdim edir. 
Azerfon-Vodafone brendinin təqdimat mərasimi üçün Bakıya gəlmiş Vodafone şirkətinin tərəfdaşlarla iş üzrə icraçı direktoru Riçard Deyli Azərbaycandakı tərəfdaşlıqdan xeyli razı qaldığını bildirib. Bağlanmış sazişlərin hər iki tərəf üçün faydalı olduğunu qeyd edən R. Deyli Azerfon-Vodafone brendinin abunəçi bazasının tez bir zamanda genişlənəcəyinə ümid etdiyini vurğulayıb. 
Tədbirdə Vodafone şirkətinin baş direktoru Vittorio Kalaonun təbrik sözü ilə video-rolik nümayiş etdirilib. Müraciətdə V. Kalao Azərbaycanda 3G şəbəkələrinin istifadəyə verilməsini təqdirə layiq adlandırıb. 
Azerfon-Vodafone brendi, 3G xidmətlər, onlara aid tariflər və digər məlumatla www.azerfon-vodafone.com saytında tanış olmaq mümkündür.