21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  MTRŞ, kliplərin Azərbaycan dilinə tərcüməsinə ehtiyac olmadığını bildirib
Mili Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli kliplərin Azərbaycan dilinə tərcüməsinə ehtiyac olmadığını bildirib. Belə ki, 2009-cu il yanvarın 1-dən etibarən bütün verilişlərin Azərbaycan dilində yayımlanması haqqında qərardan sonra yerli telekanallarda xarici dildə yayımlanan kliplər bəzən tərcümə olunaraq efirə verilirdi.
Məsələ ilə bağlı MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov RATİ-yə bildirib ki, xarici klipləri tərcümə etdikdə çox pis və acınacaqlı vəziyyət alınır. "Başdan ayağa cürbəcür söyüşlərdən, pis sözlərdən ibarət olan xarici kliplərin dublyaj edilməsinə də ehtiyac yoxdur" – deyən T.Məmmədov vurğuladı ki, telekanal rəhbərləri söyüş və pis sözləri olan kliplərə fikir verməlidirlər.
Xatırladaq ki, 30 dekabr 2008-ci il tarixdə MTRŞ-nin 2009-cu il yanvarın 1-dən bəzi verilişlər istisna olmaqla, qalan verilişlərin Azərbaycan dilində yayımlanması barədə qərarı qəbul olunmuşdu.
xeberler.az/Ellada